Tarix: 22.04.2024 / 10:40
Parisdə irqçilik və islamofobiyaya qarşı  yürüş keçirilib

Parisdə irqçilik və islamofobiyaya qarşı yürüş keçirilib

Parisdə minlərlə insan polis zorakılığına, eləcə də irqçilik və islamofobiyaya qarşı yürüş keçirib.

Diaspora.TV xəbər verir ki, “uşaqlarımızı təhlükədədir” yazılmış pankartlarla yürüş edən nümayişçilərə bir sıra siyasi partiyaların, eləcə də 50-yə yaxın təşkilatın üzvləri də qatılıb.

“Ağ yürüşlərdən və faciəvi hadisələrdən kənarda da səfərbərlik etməyi düşündük. Çünki polis zorakılığı uşaqlarımıza, yoxsullara, qaradərililərə və ya ərəb uşaqlarına qarşı ən ciddi təndiddir”, - deyə nümayişin təşəbbüsçüləri etirazlarını ifadə ediblər. Qeyd olunub ki, bu, zorakılığın yalnız bir hissəsidir.

Gənclərə qarşı polis cinayətlərinə son qoymağa çağırış olan bu nümayiş əvvəlcə polis tərəfindən qadağan edilmişdi. Təşkilatçılar Paris inzibati məhkəməsinə müraciət etdikdən sonra qadağa ləğv edilib və bunun nümayiş azadlığına ciddi və açıq-aşkar qanunsuz hücum olduğu bildirilib.


Şərhlər

Yaz...