Tarix: 27.09.2024 / 11:18
Parisdə azərbaycanlı tələbələrlə görüş    keçiriləcək

Parisdə azərbaycanlı tələbələrlə görüş keçiriləcək

"Oktyabrın 12-də Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində “ALİM” Elmi Assosiasiyasının təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə tələbələrlə illik görüş keçiriləcək".

Bu barədə Diaspora.TV-yə Fransada fəaliyyət göstərən ALİM Elmi Assosiasiyasının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, ADA və Versal Universitetlərinin müəllimi Günel Səfərova məlumat verib.

"Fransada təhsil alan (licence, master, PhD, PostDoc, Erasmus+ Exchange) bütün azərbaycanlı tələbələr bu görüşə dəvətlidir. Nəzərinizə çatdırırıq ki, görüşün mövzusu COP29 həsr olunacaq və tədbir 14:00-19:00 arasında keçiriləcək. Tədbir iştirakçılarının siyahısını hazırlamaq üçün iştirak etmək istəyən tələbələr, zəhmət olmasa ad, soyad, təhsil aldığı universitet, ixtisas, yaşadığı şəhəri və tələbə kartının surətini əlavə etməklə təsdiqləri email ilə [email protected] ünvanına 9 oktyabra tarixinə qədər göndərsinlər", - deyə G.Səfərova bildirib.




Şərhlər

Yaz...