Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın solo konserti keçirilib.
Diaspora.TV komitənin syatına istinadən xəbər verir ki, aprelin 20-də Parisdə istedadlı azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın solo konserti keçirilib. Konsert “Bayard konsertləri” (“Les concerts de Bayard”) beynəlxalq silsilə konsertlər çərçivəsində keçirilib. Konsertdə List, Şopen, Ravel, Albeniz, De Falya kimi bəstəkarların əsərləri böyük məharətlə ifa olunub.
Konsert parisli musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı olan həmyerlimiz uzun illərdir Fransada yaşayır və orda həm ifaçı, həm də pedaqoq kimi karyerasını davam etdirir.