Təbrizdə “Səttərxan” adlı tamaşanın nümayişi insanlar tərəfindən böyük maraqla qarşılanarkən paniranistlər yenə təxribata əl atıblar.
Diaspora.TV xəbər verir ki, bu barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.
Məlumata görə, onlar tamaşada göy və qırmızı rənglərdən istifadəni və Qarabağda da istifadə olunan Vətən haqqında Azərbaycan musiqisinin səsləndirilməsini özlərinə təhqir hesab ediblər və hamını teatra etiraz etməyə çağırıblar.