Tarix: 12.11.2024 / 21:00
Pan-farsların Pezeşkiana hücumları    davam edir

Pan-farsların Pezeşkiana hücumları davam edir

Azərbaycanlı fəallarla görüşə görə pan-farsların Pezeşkiana hücumları davam edir.

Diaspora.TV xəbər verir ki, bununla bağlı ötən gün İranın “Manoto” şəbəkəsi azərbaycanlı fəallar ilə görüşdüyünə görə Pezeşkianı tənqid edən yazı dərc edib.

Bu şəbəkə Vahid Bəhmən və Höcət Kəlaşi kimi Azərbaycan, Türkiyə əleyhdarlarının əsas platformalarından biridir.

Bundan başqa, İran-Ermənistan casusu Mənsur Həqitpur da Pezeşkiana, türklərə və Azərbaycana hücumları ilə İranda tanınan simalardan biridir.

Qeyd edək ki, Mənsur Həqitpur əslən Azərbaycandandır.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olan Mənsur Həqitpur İkinci Qarabağ Müharibəsi dövründə bəyanatla çıxış edərək iranlılardan “Azərbaycan” sözü əvəzinə “Badkoba” sözünü işlətməyi istəmişdi./Günaz.TV


Şərhlər

Yaz...