Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti Qeysər Nəvab təyyarə qəzası ilə bağlı başsağlığı vermək üçün Azərbaycan Respublikasının səfirliyini ziyarət edib.
Diaspora.TV xəbər verir ki, səfir Xəzər Fərhadovla görüşən Q.Nəvab Pakistan gəncləri və PAAA üzvləri adından başsağlığı verib, iki xalq arasında dostluğu və həmrəyliyi vurğulayıb.
Q.Nəvab şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq səfirlik önünə gül dəstələri qoyub.
“Ürəyimiz həlak olanların ailələri və Azərbaycan xalqı ilədir. Bu, ortaq itkidir və biz kədər və duada birləşirik”, - deyə o, bildirib.
Xəyalə Zöhrab
Diaspora.TV