Tarix: 03.06.2024 / 08:55
Qənirə Paşayeva mənə dedi ki...  - Diaspor fəalı

Qənirə Paşayeva mənə dedi ki... - Diaspor fəalı

“2007-ci ildən ailəmlə Pakistanda yaşayırıq. Pakistana gəldiyimiz zaman burada yaşayan azərbaycanlılar çox az idi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında azərbaycanlı fəal (həm də Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti) Şəhla İsayeva deyib.

“Pakistana gəldiyimiz zaman Azərbaycanı demək olar ki, heç kim tanımırdı. Yoldaşım isə həmişə məni Türk kimi təqdim edirdi. Əlbəttə, burada yüksək vəzifədə olan azərbaycanlıları tanıyırdılar. Milliyyətindən asılı olmayaraq, burada yaşayan hər kəsi evimə dəvət edərək Azərbaycan milli mətbəxinin gözəl təamları ilə tanış edirəm. Hər zaman, Azərbaycanımızı Pakistanda tanıdıb sevdirməyə çalışıram. Bunun üçün bir sıra tədbirlər də keçirmişik”, - deyə diaspor fəalı bildirib.

Ş.İsayeva qeyd edib ki, 2015-ci ildən əvvəl mərhum millət vəkili Qənirə Paşayeva ilə Pakistanda görüşləri olub:

“Qənirə Paşayeva mənə dedi ki, sənin fəaliyyətin var, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxla, onlar da səni tanısınlar. Əlaqə saxladım, sonra Şuşada keçirilən qurultaya dəvət olundum, orda komitə sədri Fuad Muradovla görüşüb söhbət etdik”.

Ş.İsayeva sonda əlavə edib ki, Pakistan qanunlarına görə, çox da aktiv fəaliyyət göstərə bilmirlər.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...