Tarix: 28.09.2024 / 15:27
Özbəkistandakı diasporumuz şəhidləri    andı

Özbəkistandakı diasporumuz şəhidləri andı

27 sentyabr 2020-ci il tarixi bütün Azərbaycan və dünya azərbaycanlıları tərəfindən Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi kimi ehtiramla yad edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Fərmanı ilə ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşan və canlarından keçən şəhidlərimizə dərin hörmət əlaməti olaraq, sentyabrın 27-si anım günü elan edilib. Bu gün İkinci Qarabağ Müharibəsi adı ilə də tanınan 44 günlük Vətən Müharibəsi başlayıb və bu döyüş zamanı rəşadətli Azərbaycan ordusu işğal altında olan Qarabağ torpaqlarını və ətraf rayonlarını azad edib.

Bu barədə Diaspora.TV-yə Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir:

- 27 sentyabr 2024-cü il tarixində Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri və üzvləri, RANKC-də “Gənclər Mərkəzi”nin fəalları, Özbəkistanda yaşayan Azərbaycan diasporunun fəalları Vətən uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan diasporunun nümayəndələrinin şəhidlərin xatirəsini "bir dəqiqəlik sükutla" yad etdiyi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən Şəhidlər Memorialının önünə gül dəstələri qoyulub.

Bu tarix hər bir Azərbaycan vətəndaşı, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Onların Vətənə fədakarlığı və sevgisi indiki və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi oldu.

Şəhid olan qəhrəmanların xatirəsi əbədi olsun! Qarabağ Azərbaycandır!







Şərhlər

Yaz...