Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində həmin ölkədə yaşayan Qərbi azərbaycanlıların təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.
Diaspora.TV xəbər verir ki, iclasın sədri Vidadi Qurbanov yaradılacaq ictimai birliyin rəhbəri və onun müavini vəzifəsinə namizədlərin irəli sürülməsi üçün müraciət edib.
İclas iştirakçıları İsmayıl Məmmədovun təklifi əsasında “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan İlham Abdullayevin, müavin vəzifəsinə isə Ədalət Qocamanovun namizədliyini dəstəkləyib.
Konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlib.
Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.