Tarix: 14.11.2024 / 20:47
Azərbaycan diasporu Səmərqənddə   "Tolerantlıq günü" tədbirinə qatılıb

Azərbaycan diasporu Səmərqənddə "Tolerantlıq günü" tədbirinə qatılıb

Noyabrın 14-də Özbəkistanda Səmərqənd şəhərinin Dostluq Evində, “Tolerantlıq günü” bayramı münasibətilə tədbir keçirilib. 

Diaspora.TV xəbər verir ki, iclasda Səmərqənddəki milli mədəniyyət mərkəzlərinin rəisləri iştirak edib. 

Bayram yığıncağında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Səmərqənd şəhər şöbəsinin rəisi Ramal Mirzəyev da iştirak edib.

Tədbirdə çıxış edən Ramal Mirzəyev bütün Özbəkistan xalqını bayram münasibətilə təbrik edib.

Tədbirdə iştirak edən bütün qonaqlara Səmərqənd şəhər rəhbərliyi adından xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edilib.


Şərhlər

Yaz...