Tarix: 31.12.2024 / 10:37
Özbəkistan prezidenti  diaspor sədrimizi təbrik etdi

Özbəkistan prezidenti diaspor sədrimizi təbrik etdi

Prezident Şavkat Mirziyoyev Özbəkistanda "Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi" İdarə Heyyətinin sədri və iş adami Mobil Məmmədova təbrik məktubu göndərib.

Diaspora.TV xəbər verir ki, təbrik məkubunu M.Məmmədovun yaşadığı rayonda ona rayon prokuroru, icra hakimi və Prezident Administrasiyasından olan nümayəndə təqdim edib.

Özbəkistan prezidenti həmçinin Mobil Məmmədova qarşıdan gələn Yeni il münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

- Hörmətli, Mobil Yaqub oğlu!
 
Sizi qarşıdan gələn yeni – 2025-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm!

Bizim xalqımız Sizi çalışqan, təvazökar və alicənab insan olaraq tanıyır və hörmət edir! Siz uzun illər fədakar əməyinizlə ölkənin inkişafına, cəmiyyətdə sülh və əmin-amanlıq, millətlərarası birlik və həmrəylik mühitinin bərqərar olmasına, gənclərin milli və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasına layiqli töhfələr vermisiniz.

Özbək və Azərbaycan xalqları arasında dosltuğun möhkəmləndirilməsində, Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılmasında, iki ölkənin mədəni – humanitar əlaqələrinin dərinləşdirilməsində göstərdiyiniz böyük xidmətləri yüksək dəyərləndiririk.

"Özbəkistan – 2030" Startegiyasının məqsəd və vəzifələrinin reallaşdırılmasında öz zəngin bilikləriniz, təcrübə və praktiki təşəbbüsləriniz sayəsində fəal iştirakınız xüsusi təqdirə layiqdir.
Əminəm ki, 2025-ci il Sizin fəaliyyətinizdə yeni parlaq səhifələr açacaq.

Sizi bir daha səmimi qəlbdən təbrik edir və yeni ildə möhkəm can sağlığı, bütün xeyirxah işlərinizdə böyük uğurlar, yaxınlarınıza sülh və əmin – amanlıq arzu edirəm.

*

Qeyd edək ki, Mobil Məmmədov Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən də “Madaniyət və sanat fidokari” medalı ilə təltif olunub. M.Məmmədov bu təltifə görə minnətdarlığını bildirib və iki qardaş ölkə arasında münasibətlərin prezidentlərimizin siyasəti nəticəsində ən yüksək səviyyəyə çatdığını bəyan edib.


Şərhlər

Yaz...