Tarix: 22.09.2024 / 22:10
Özbəkistan miqrasiya qaydaları hazrılayarkən Azərbaycan təcrübəsindən də    faydalanıb

Özbəkistan miqrasiya qaydaları hazrılayarkən Azərbaycan təcrübəsindən də faydalanıb

Bu siyahıya Özbəkistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd, dövlətlərarası, sosial, irqi, dini və milli ədavət doğuran, Özbəkisatan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və təhlükəsziliyinə qarşı, Özbəkistan xalqının şərəf, ləyaqət və tarixini təhqir edən açıq bəyanatlar səsləndirmiş və ya hərəkətlər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil edilə bilər.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, fiziki şəxslərin reyestrə daxil edilməsi prosedurunu hökumət müəyyən edəcək, platformanı isə Xarici İşlər Nazirliyi idarə edəcək. Siyahıya daxil edilmə Ali Məclisin palatalarının və xüsusi səlahiyyətli orqanların təqdimatları əsasında həyata keçiriləcək.

Özbəkistanda olması arzuolunmaz hesab edilən əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin 5 il müddətinə Özbəkistana gəlməsi, bank hesabları açması, daşınmaz əmlak alması, dövlət əmlakının özəlləşdirilməsində iştirak etməsi, maliyyə və müqavilə münasibətlərinə girməsi qadağan ediləcək.

Bundan əlavə, arzuolunmaz hesab edilən şəxs Xarici İşlər Nazirliyindən bildiriş aldıqdan sonra 10 gün ərzində Özbəkistanı tərk etməlidir. Bu müddət ərzində ölkəni könüllü tərk etməsə, məcburi şəkildə deportasiya ediləcək.

Qanun pozucusunun siyahıda qalma müddəti 5 ildir, lakin bu müddət ərzində o, siyahıya salınmasına səbəb olan səbəbləri aradan qaldırarsa, vaxtından əvvəl çıxarıla bilər.

Qanunun hər kəsin, o cümlədən əcnəbilərin Özbəkistanın müstəqilliyinə və suverenliyinə hörmətlə əməl etməsini təşviq edəcəyi gözlənilir.

Sənəd hazırlanarkən Qazaxıstan, Azərbaycan, Polşa, Belarus, Rusiya, Ukrayna və Çinin təcrübəsi nəzərə alınıb.

Şərhlər

Yaz...