Tarix: 03.08.2024 / 13:05
Özbək miqrantlar FTX zabitinə niyə  rüşvət vermək istəyib?

Özbək miqrantlar FTX zabitinə niyə rüşvət vermək istəyib?

Rusiyanın Saxalin vilayətində iki Özbəkistan vətəndaşı xoşagəlməz hadisə ilə qarşılaşıblar. Onlar Rusiyanın təhlükəsizlik işçisinə rüşvət vermək istəyərkən yaxalanıblar.

Diaspora.TV Rusiya KİV-nə istinadla xəbər verir ki, miqrantlar rüşvət qarşılığında dövlət məmurlarının onların miqrasiya qanunlarını pozmasına göz yummalarını istəyiblər. Yəni onların Rusiyada qeydiyyatsız qalmalarına icazə versinlər. Lakin Federal Təhlükəszilik Xidmətinin zabitiı təklifdən imtina edib və bu barədə rəhbərliyə məlumat verib.

Faktla bağlı Rusiya FTX-nin Saxalin vilayəti üzrə idarəsinin təqdim etdiyi materiallar əsasında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər müstəntiqin tələbi ilə həbs ediliblər.


Şərhlər

Yaz...