Tarix: 30.05.2024 / 14:47
Osloda Xalq artisti Fəxrəddin Manafovla  görüş keçirilib

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib

Norveçin Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Deichman Björvika adlı kitabxanada Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov və Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyində "Sehrli dünya" jurnalının redaktoru Gülzar İbrahimova ilə görüş keçirilib.

Diaspora.TV komitəyə istinadən xəbər verir ki, Oslo Azərbaycan Evi, NAYO və Azərbaycan dili həftəsonu məktəbinin üzvləri iştirak etdiyi görüşdə aktyorun yaradıcılığı ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə müasir Azərbaycan dövlətinin xilası və müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Xankəndinin separatçılardan təmizlənməsi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması kimi mövzulardan da bəhs edilib.

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova uzun müddətdir Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə əməkdaşlıq edir, kitablarını hədiyyə verir. Məktəblə əməkdaşlıq çərçivəsində yazdığı “Trolların Sirri” kitabı ilə şagirdlərin sevimlisinə çevrilən uşaq yazıçısının Norveçdəki balaca soydaşlarımız ilə görüşündə 28 May – Müstəqillik Günündən danışılıb.


Şərhlər

Yaz...