Tarix: 25.11.2024 / 12:30
Ortaq türk əlifbasından kim    istifadə edəcək?

Ortaq türk əlifbasından kim istifadə edəcək?

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Ortaq Türk Dünyası Xartiyasını qəbul etdilər. Bəs, Türk Dünyası Xartiyası nədir?

Diaspora.TV Türkiyə mediasına istinadla xəbər verir ki, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə Toplantısı keçirilib. Burada ortaq tarix və ortaq mədəniyyət anlayışını gücləndirmək, türk dövlətlərinin gücünü artırmaq üçün yeni təşəbbüslərə qərar verildi. Bu çərçivədə Türk Dünyası Xartiyası qəbul edildi.

Bayburt Universiteti Tarix bölümü müəllimi Dos. Dr. Ramin Sadık və Sivas Cümhuriyyət Universiteti müəllimi Dos. Dr. Mustafa Sefa Çakırın TRT Xəbərə açıqlamasında bu ifadələri gündəmə gətirib: Türk dövlətləri arasında əməkdaşlığı gücləndirməyi hədəfləyən bu sənəd Naxçıvan Müqaviləsi və Türk Dünyası 2040 Vizyonu əsasında hazırlanıb.

Türk Dünyası Xartiyası türk kimliyi əsasında tarixi, mədəni, dil və ənənəvi əlaqələrin möhkəmləndirilməsini, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın miqyasının genişləndirilməsini və beynəlxalq hüquq prinsiplərinə sadiq qalmasını vurğulayır.

Türk birliyinə doğru bu addım üzv ölkələr arasında sıx təmasları, əməkdaşlıq və qarşılıqlı əlaqəni inkişaf etdirmək iradəsidir.
Bu sənəd ortaq mədəni irs, ortaq əlifba və ortaq türk dilini türk xalqları arasında gələcək əməkdaşlıq prosesinin mühüm mərhələləri kimi tanıyır.

TÜRK DÖVLƏTLƏRİ ORTAK ƏLİFBAYA KEÇƏCƏK?

Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib Buna uyğun olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ortaq əlifbadan istifadə etməsi qərara alınıb.

Türk Dil Qurumunun (TDK) sədri Prof. Dr. Osman Mert “TRT Haber” telekanalına müsahibəsində bunları deyib:

"Türkiyə və Azərbaycanda mövcud əlifbada heç bir dəyişiklik olmayacaq. Biz digər ləhcələrlə ortaq olan 29 hərfdən istifadyə davam edəcəyik. Bununla bağlı müəyyən fərziyyələr var. 34 hərfdən ibarət siyahı hərflərin cəmidir. Qazaxıstan, Qırğızıstan və Özbəkistanın əlifbalarında mövcuddur, lakin bu bir əlifba deyil, hər ləhcə yalnız ehtiyac duyduğu hərfləri istifadə edəcək, ümumi 29 hərf eyni qalacaq. Bir əlifbada yalnız standart dilin fərqləndirici səsləri işarələnir. Məsələn, Qazax, Qırğız və Özbək türkcəsində fonem dəyəri olan bəzi səslər var ki, Türkiyə türkcəsində yoxdur. Ona görə də bunu etmək lazım idi. Qapalı e kimi səslər Türkiyədə ləhcələrdə var, lakin "yazılı dildə işarələnmir, bu sözlər cümlədə məna qazandığı üçün anlaşılmazlıq problemi yaratmır".

Ortaq türk əlifbasından istifadə edəcək dövlətlər sırasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Özbəkistan respublikaları və Şimali Kipr Türk Cümhuriyyəti daxildir .




Şərhlər

Yaz...