Tarix: 04 Aprel 2024 13:51 | Baxış sayı: 375
“Ortaq tədbirlərin keçirilməsini sürətləndirmək lazımdır”  - Elnur Eltürk

“Ortaq tədbirlərin keçirilməsini sürətləndirmək lazımdır” - Elnur Eltürk

“Xarici jurnalistlərin, blogerlərin ölkəmizə səfərləri əleyhimizə yönəlmiş informasiya təxribatlarının qarşısının alınmasına müsbət təsir göstərə bilər”.

Bu sözləri Diaspora.tv-yə açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

Onun sözlərinə görə, səfərlərdən maksimum faydalanmaq lazımdır:

“Çünki xarici media, blogerlərlə əməkdaşlıq bizim üçün olduqca vacibdir. Deyərdim ki, informasiya nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır”.

Azərbaycan mediası ilə onların qarşılıqlı əməkdaşlığının faydalı olacağını diqqət çatdıran E.Eltürk bildirib ki, bu həm də informasiya təbliğatına böyük töhfə verə bilər:

“Bu əməkdaşlıq onların ölkəmizlə bağlı sistemli şəkildə məlumatlandırılmalarına və baş verənlər haqqında doğru informasiyalarla təmin olunmalarına kömək edər. Bu həmçinin xarici mediada əsassız və həqiqətləri əks etdirməyən məlumatların qarşısının alınmasına təsir göstərə bilər”.

E.Eltürk vurğulayıb ki, ortaq tədbirlərin keçirilməsini sürətləndirmək lazımdır:

“Düzdür bu istiqamətdə uğurlu işlər aparılır və yenə də fayda verə biləcək fəaliyyətləri diqqətdə saxlamaq vacib məsələdir. Nə qədər ortaq layihələr həyata keçirilərsə, bu əməkdaşlığın dərinləşməsinə xidmət edər. Bunun üçün yetirəncə potensial, imkanlar mövcuddur”.

Həsən Hüseynov
Diaspora.tv

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır