Tarix: 30.07.2024 / 10:01
ORF telekanalında erməni səfirliyi ilə debatımız böyük rezonans doğurdu   - Yardım Günəş

ORF telekanalında erməni səfirliyi ilə debatımız böyük rezonans doğurdu - Yardım Günəş

“Türkiyədə (İğdırda) anadan olmuşam, 1987-ci ildən Vyanada yaşayıram. Bura gəldiyim ilk gündən Azərbaycanın təbliği istiqamətində müxtəlif informasiya və mədəni tədbirlər keçirmişəm. Ermənilərin hücumları zamanı mitinqlər təşkil etdik, broşuralar payladıq, avstriyalı siyasətçilərə məktublar yazdıq və onlarla şəxsən görüşdük. Xüsusən də Xocalı soyqırımı zamanı ən böyük mitinqlərdən birini keçirdik”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində Azərbaycan-Türk Mədəniyyəti və İş Adamları Dərnəyinin (AZER-DER) prezidenti Yardım Günəş deyib.

“Müharibə zamanı mitinqlər, konfranslar və nəşr etdiyimiz qəzetlərin köməyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışıq. Həmçinin ehtiyacı olan, yaralı əsgərlərə yardım göstərmişik. Vyananın mərkəzi və ATƏT-in qarşısında qurduğumuz çadırlarla işğalçı ermənilərin cinayətlərini, Xocalıda törətdiyi soyqırımın tanıdılması üçün tədbir keçirmişik”, - deyə müsahibimiz bildirib.

Y.Günəş əlavə edib ki, xüsusilə, 2015-ci ildə Ermənistanın Avstriyadakı səfirliyi ilə ORF telekanalındakı mübahisəbləri böyük rezonans doğurub:

“Həmçinin, 2015-ci ildə qurduğumuz və rəhbərlik etdiyim "Gemeinsam für Vien" Partiyası sayəsində (Avstriya qurulan ilk türk partiyasıdır) siyasətçilərlə görüşmək və səsimizi daha yaxşı eşitdirmək şansımız oldu”.

Müsahimiz qeyd edib ki, o zamankı İğdır millət vəkili Sinan Oğanı Vyanaya dəvət edərək orada konfrans təşkil etməyimiz və minlərlə insanın iştirak etdiyi mitinq də qəzetlərdə yer aldı:



“44 günlük müharibə dövründə Avstriyanın OKTO TV-sində ARAS TV adı ilə hazırladığımız televiziya proqramı ilə Azərbaycan sivilizasiyasını və onun haqq işini elan etməyə çalışdıq. Eyni zamanda 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyimiz Xocalıya ədalət mitinqi qəzetlərdə geniş işıqlandırılıb. Öz gücümlə açdığım yerli assosiasiyamızda Azərbaycan dili və mədəniyyəti ilə bağlı işlərimiz davam edir. Pandemiya dövründə Avstriyada qalan 4 azərbaycanlını birliyimizdə qəbul etdik. Bizə müraciət edən azərbaycanlı soydaşlarımıza hər zaman kömək etməyə çalışırıq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...