Orenburqda Azərbaycan diasporunun ofisində (Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti) idmançılar və gənc fəallarla görüş keçirilib.
Diaspora.TV xəbər verir ki, həvəskar futbol komandasının oyunçuları ilə keçirilən görüşdə Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov, sədr müavini Elvin Xəlilov, MMA üzrə Dünya Kuboku və kikboksinq üzrə Ümumrusiya turnirlərinin mükafatçısı Rüfət Əhmədov iştirak edib.
Sual-cavab formatında keçən görüşdə idmançılara ictimai təşkilatın il ərzində gördüyü böyük işlərdən danışılıb, o cümlədən Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin millətlərarası münasibətləri möhkəmləndirən və qarşılıqlı fəaliyyət üçün platformalar yaradan müxtəlif mədəni layihələrində futbol komandasının iştirakı vurğulanıb, gələcək əməkdaşlığın perspektivləri, idmançıların hansı problemlərlə üzləşdikləri ətrafında fikir mübadiləsi aparılıb.
Orenburq Vilayətinin Qanunverici Məclisi yanında Orenburq vilayətinin Gənclər Parlamentinin üzvü Leonid Andreev idmançılara göstərdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycan icmasının rəhbəri Yaşar Məsimova təşəkkür edib:
"Bu cür dəstək yalnız yüksək səviyyədə rəqabət aparmağa deyil, həm də futbolun mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün bir vasitə olduğunu nümayiş etdirməyə imkan verir".
Azərbaycan icmasının sədr müavini Elvin Xəlilov bildirib ki, gələn il futbol komandası həm qış, həm də yay çempionatlarında iştirak edərək bölgənin ən güclü liqalarında mükafatçılar arasında ola bilər. Elvin Xəlilov əlavə edib ki, Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov hər bir oyunçunun problemlərinə həssaslıqla yanaşır, onların təhsil, məşğulluq və digər problemlərinin həllinə çalışır.
Qeyd edib ki, Y.Məsimov uşaqlar üçün muzeylərə və konsertlərə ekskursiyalar təşkil edir və onları şəhərin və bölgənin ictimai həyatında iştirak etməyə cəlb edir.
Vilayətdəki Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib ki, idman vasitəsilə əsl yoldaşlığın necə inkişaf etdiyini görürür və bu, regional ictimai təşkilatın rəhbəri kimi onu inanılmaz dərəcədə ruhlandırır:
“Bu cür görüşlər yalnız təcrübə və təəssüratlar mübadiləsinə deyil, həm də etibarlı və uzunmüddətli münasibətlər qurmağa imkan verir. Və ən əsası, səylərimizin boşa getmədiyini başa düşürəm”.
Görüşdə idmançılar müxtəlif cari məsələlərin həllində ictimai təşkilatın dəstəyinə ümidvar olduqlarını bildiriblər, idmanın inkişafı və millətlərarası əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması üçün maraqlı tərəflərin birgə işinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, komandanın tərkibində azərbaycanlılar, ruslar, qazaxlar, tatarlar və digər müxtəlif xalqların nümayəndələri təmsil olunur.