Tarix: 26.04.2024 / 09:33
 Onun diqqətinə çatdırmışıq ki...   - Benyamin Netanyahu ilə görüşən diaspor fəalı

Onun diqqətinə çatdırmışıq ki... - Benyamin Netanyahu ilə görüşən diaspor fəalı

“1992- ci ildən İsraildə yaşayıram və elə o vaxt öz təşkilatımızı yaratdıq ki, Azərbaycanı təbliğ edək”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Adil Danilov deyib.

A.Danilov qeyd edib ki, təşkilat olaraq bir sıra tədbirlər, görüşlər keçiriblər:

“Xüsusilə, təşkilatımız İsrailin indiki baş naziri Benyamin Netanyahu ilə görüşüb, Azərbaycanın multikultural bir dövlət olduğunu və yəhudilərə olan münasibətini diqqətinə çatdırmışıq”.

Müsahibimiz, 2018-ci ildə İsrailin Kiryat Bialik və Azərbaycanın İsmayıllı şəhəri arasında qardaşlaşmış şəhərlər müqaviləsinin bağlanmasında əməyinin də olduğunu deyib:

“Hazırda Akko şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” tərəfindən müxtəlif tədbirlər keçirilir və diaspor fəalı olaraq bu tədbirlərə qatılıram”.

Həsən Hüseynov

Şərhlər

Yaz...