Tarix: 16.04.2024 / 14:51
Onları yeni diaspor formatına uyğunlaşdırmaq lazımdır - Orxan Həsənoğlu

Onları yeni diaspor formatına uyğunlaşdırmaq lazımdır- Orxan Həsənoğlu

“Yaşadığımız müasir dövrdə, informasiya texnologiyaları və internet resurslarından istifadəyə üstünlük vermək lazımdır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

O.Həsənoğlu vurğulayıb ki, ənənəvi diaspor mühiti yavaş-yavaş yerini gənc nəsilə verməkdədir:

“Gənc nəsli bir araya gətirmək və eyni zamanda ənənəvi diaspor fəaliyyəti ilə məşğul olanları da yeni diaspor formatına uyğunlaşdırmaq lazımdır”.

O.Həsənoğlu qeyd edib ki, Azərbaycan diaspor hərəkatının köklü keçmişi var:

“Diaspor tariximizin son 30 ilinə nəzər salsaq görərik ki, əsas enerji və zaman işğal faktının dünyaya çatdırılmasına sərf olunub. Amma bu, eyni zamanda bizim milli-mənəvi dəyərlərimizin təbliğ olunmasına da əngəl törətmiş oldu. Çox yaxşı haldır ki, Zəfər tariximizdən sonra diaspor sahəsində irəliləyiş olduğunu görmək mümkündür”.

O.Həsənoğlu əlavə edib ki, daha güclü təşkilatlanmaq üçün təbliğat-təşviqat məsələlərinə zaman ayırmaq, eyni zamanda digital mühitdə əməkdaşlıq güclənməlidir.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...