Tarix: 22.08.2024 / 08:10
Onları narahat edən cinayətkar qruplarla bağlı dərhal məlumat verməlidirlər    - Hüquq müdafiəçisi

Onları narahat edən cinayətkar qruplarla bağlı dərhal məlumat verməlidirlər - Hüquq müdafiəçisi

“İstənilən ölkədə yaşayan azərbaycanlı təbii ki, həmin ölkənin qanuvericilik orqanlarına onları narahat edən cinayətkar qruplar, ünsürlərlə bağlı dərhal məlumat verməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə hüquq müdafiəçisi Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, paralel olaraq Azərbaycan vətəndaşlığını daşıdıqları üçün ölkənin səfiriliyinə də bu məlumat verməlidirlər:

“Çünki Azərbaycan bir çox ölkələrlə çərçivə müqaviləsində həm də cinayətkarlıqla mübarizə ilə bağlı müqavilə imzalayır. Bu baxımdan vətəndaşı olduğu ölkəsi tərəfindən bu barədə ölkənin qanunvericilik orqanlarını məlumatlandırmalı, müdafiəsini tələb etməlidir”.

Mehriban Zeynalova hesab edir ki, bu kimi problemlərlə bağlı insan hüquqları üzrə müvəkkil də məlumatlandırılmalıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...