“Azərbaycan filmlərinin yayımı Mədəniyyət Nazirliyinin ixtiyarındadır”.
Bu sözləri Diaspora.TV-yə Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının yaşadıqları ölkələrdə filmlərimizin təbliği yollarını izah edərkən deyib.
Aydın Kazımzadə bunun çox gözəl təklif olduğunu bildirib:
“Əgər onların mədəniyyəti, bu xalqa hörmətləri olsa, onda nazirlik bu təklifi qəbul edər. Yox, əgər onları ancaq pul maraqlandırırsa, onda bu təklif həyata keçməyəcək. Bu gün həyatda insanlıq yoxdur, hər şeyi pul həll edir”.
Aydın Kazımzadə hesab edir ki, bu təklifin həyata keçməsi Azərbaycan kino sənətinin növbəti uğurlarından biri olacaq:
“Kaş ki, Azərbaycan filmlərini xarici ölkələrdə təbliğ edənlər tapılaydı. Amma inanmıram”.
Jalə
Diaspora.TV