Tarix: 06.10.2024 / 11:41
Onlar Güneydə “Milli Hərəkatı biz yönləndiririk” iddiası ilə pul qazanırlar -   TƏNQİD

Onlar Güneydə “Milli Hərəkatı biz yönləndiririk” iddiası ilə pul qazanırlar - TƏNQİD

"Güney Azərbaycan milli kimlik və ana dili hərəkatında öndə olduğunu iddia edənlərin əksəriyyəti savadsız, cahil və boş adamlardır. Söhbət xaricdəkilərdən gedir".

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə araşdırmaçı jurnalist Elman Cəfərli çıxış edib.

E.Cəfərli bildirib ki, onların çoxunu TV-lərin efirində görmüsüz:

"Hətta “Doktor” adlananlarının belə analitik düşüncəsi sıfırın altındadır, məlumat bazası azdır, saatlarla boş-boş danışırlar. Üstəlik "dava"larında da səmimi deyillər. Şəxsən mən bir azərbaycanlı kimi marağındayam ki, 35 milyonluq Güney toplumu ana dilində təhsil ala bilsin, İranda türk dilinin inkişafına şərait yaradılsın. Amma bu hərəkatda "öndə olanların" əksəriyyəti Güneydə hər hansı milli açılımı dəstəkləmir. Onlara durumun belə davam etməsi lazımdır ki, alverlərini sürdürsünlər. Güneydə “Milli Hərəkatı biz yönləndiririk” iddiası ilə pullarını qazansınlar, Bakıda mülklər, maşınlar alsınlar. Oliqarx həyat sürsünlər, bahalı idman zallarına getsinlər, cins itlər alıb boğuşdursunlar..."

Şərhlər

Yaz...