Tarix: 06.05.2024 / 19:23
Onlar 40 il sonra  Azərbaycana gəldilər

Onlar 40 il sonra Azərbaycana gəldilər

Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının 40 il əvvəl Azərbaycanda təhsil almış üzvləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda səfərdədir.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, 5-10 may tarixini əhatə edəcək səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşlərdə iştirakı və Şuşa şəhərini ziyarətləri nəzərdə tutulub.

Assosiasiya üzvləri tərəfindən Laosda və Vyetnamda Azərbaycanın təmsil olunması, habelə ölkəmizin müvafiq qurumlarının sözügedən Assosiasiya ilə əməkdaşlıq əlaqələrinin qurulması və onların ikitərəfli layihələrə cəlb edilməsi imkanları nəzərə alınaraq Azərbaycana səfərləri Komitə tərəfindən dəstəklənib.


Şərhlər

Yaz...