Tarix: 18.07.2024 / 15:05
Önəmli məsələ Azərbaycan mədəniyyətini təbliğ etməkdir   - Mixail Elioviç

Önəmli məsələ Azərbaycan mədəniyyətini təbliğ etməkdir - Mixail Elioviç

“İctimai fəaliyyətimin əsas məqsədi İsrail ictimaiyyətini Azərbaycanla, onun tarixini, mədəniyyətini, eləcə də ölkədəki mövcud vəziyyəti tanıtmaqdır”.

Bu barədə Diaspora.TV-yə İsrail-Azərbaycan Beynəlxalq “Azİz” Assosiasiyası İdarə Heyətinin üzvü Mixail Elioviç məlumat verib.

Mixail Elioviç diaspor fəaliyyətində qarşılaşdığı problemlər barədə də danışıb:

“Bu gün problem, məncə, həm rusdilli, həm də ivritdilli potensial auditoriyanın müəyyən ətalətidir. Önəmli məsələ isə, Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Təəssüf ki, Azərbaycan mədəniyyət xadimlərinin sonuncu qastrol səfəri 20 il bundan əvvəl olub, o zaman Rus Dram Teatrının truppası bizə gəlmişdi”.

Müsahibimiz əlavə edib ki, yerli rəhbərlik də təmaslara fəal maraq göstərir:

“Məsələn, şəhərimizin merinin indiki müavini, hüquqşünas Eli Naxt respublika ilə tanışlığı, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində Azərbaycanda səfərdə olub. Aşdod Azərbaycandan olan mühacirlərin İsraildə məskunlaşdıqları yerlərdən biridir və biz dostluğun möhkəmləndirilməsi və bütün sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə çalışacağıq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...