Tarix: 15.05.2024 / 09:35
Ölkəmin adını daim uca tutmağa çalışıram –  Əməkdar rəssam

Ölkəmin adını daim uca tutmağa çalışıram – Əməkdar rəssam

“Ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılara müraciətində bildirmişdi ki, hər bir azərbaycanlı yaşadığı ölkənin nəinki vətəndaşı olmalı, eyni zamanda Azərbaycanın adını ucaltmalıdır”.

Bu fikirləri Diaspora.TV - yə açıqlamasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov deyib. O, hər zaman yaşadığı ölkədə Azərbaycanın adını daima uca tutmağa çalışıb:

“Rusiya Dövlət Dumasında, Moskva muzeyində və müxtəlif yerlərdə öz rəsm sərgilərimlə iştirak etmişəm. Bundan başqa, Hacı Zeynalabidin Tağıyevin 100 illiyi ilə əlaqədar olaraq məni Vastok muzeyinə dəvət etmişdilər. Həmin muzeyə Azərbaycan diasporu və xalqı adından “Xarıbülbül” əsərini bağışladım. Əvvəllər daha aktiv fəaliyyət göstərmişəm, indi isə yaşımla əlaqədar olaraq diasporla sıx əlaqə yarada bilmirəm”.

Ə.Məmmədov Heydər Əliyev Fondunun hər zaman ona dəstək olduğunu və tədbirlərə dəvət etdiyini deyib:

“Buna misal olaraq, 2017-2018- ci illərdə Bakıda incəsənət muzeyində böyük sərgim təşkil edildi. Bu sərgini Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyeva təşkil etmişdi. Bir sıra əsərlərimi də Heydər Əliyev Fonduna bağışladım. Bundan başqa, “Xarıbülbül”, “Ağdamda son gecə”, “Qarabağ atları” əsərləri ilə də sərgidə iştirak etmişəm”.


Həsən Hüseynov
Diaspora.TV




Şərhlər

Yaz...