Tarix: 27.06.2024 / 09:10
Ölkələr indi sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərirlər   - EKSPERT

Ölkələr indi sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərirlər - EKSPERT

“Sosial medai artıq böyük bir gücdür”.

Bu sözləri Diaspora.TV-yə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycana qarşı formalaşan “Avropa cəbhəsi”ndən və Azərbaycan media resursları, sosial şəbəkə hesabları vasitəsilə bu cəbhəyə qarşı mübarizəsindən danışarkən deyib. O bildirib ki, hazırda texnologiya dövründə yaşayırıq və müharibələr də texnologiya çalarları ilə davam edir:

“İstər aktiv fazada olan müharibələr, istərsə də soyuq müharibələr, hər ikisində gibrid müharibə mötivlərindən istifadə olunur. Həm iqtisadi, həm siyasi, həm media müstəvisində, həm də digər sahələrini əhatə edən texnologiya vasitələrindən istifadə olunan müharibə dövründəyik. Texnologiya dövründə insansız silahlar, toplar, hava nəqliyyatı və bunun kimi texnoloji silah növlərindən istifadə olunur. İnsanlar artıq münasibətlərini sosial şəbəkələr üzərindən qururlar”.

E.Abbasov hesab edir ki, sosial media gibrid müharibələrin ən böyük alətinə çevirilib:

“Sosial media böyük güc olduğundan böyük dövlətlər bu gücdən öz xeyirlərinə istifadə edirlər. Həmçinin soyuq və aktiv müharibədə olan ölkələr də sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər. Ötən illərdə “Ərəb bahar”ına baxanda görürdük ki, bu müharibələr sosial media üzərindən formalaşmış qruplarla başladı. Azərbaycanda İkinci Qarabağ Müharibəsində gördük ki, sosial media üzərindən bir çox manipulyasiyalar oldu”.

E.Abbasov qeyd edib ki, bu istiqamətdə gələcəkdə daha çox alətlər formalaşacaq.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...