Tarix: 02.11.2024 / 12:37
Öldürülən azərbaycanlı gəncin yolunu    bacısı davam etdirəcək

Öldürülən azərbaycanlı gəncin yolunu bacısı davam etdirəcək

Oktyabrın 31-də Güney Azərbaycanın Qəzvin əyalətindən olan və 2022-ci ilin sentyabr etirazları zamanı öldürülən azərbaycanlı gənc Cavad Heydərinin doğum günü keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə onun bacısı Fatimə Heydəri sosial media hesabında paylaşım edib.

"Həyatda olmayan birinin doğum gününü keçirmək çox acı və kədərlidir, sanki Cavad qulağıma ölmədiyini pıçıldayır. Ad günün mübarək olsun əziz və qəhrəman qardaşım, söz verirəm ki, yolunu davam etdirəcəyik", - deyə o, bildirib.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib./Günaz



Şərhlər

Yaz...