Tarix: 06.11.2024 / 10:21
Olaf Şolts  COP29-da    iştirak edəcək

Olaf Şolts COP29-da iştirak edəcək

Almaniya kansleri Olaf Şolts Azərbaycana səfər edəcək.

Diaspora.TV "Euronews" nəşrinə istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak edəcək.

Səfərin gələn həftə baş tutacağı qeyd olunur. Bu, Şoltsun kansler seçilməsindən sonra Bakıya ilk səfəri olacaq.

Qeyd edək ki, COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.


Şərhlər

Yaz...