Oktyabrda xaricə aviabilet sifariş edən rusiyalıların payı sentyabr ayı ilə müqayisədə 29% artaraq 46%-ə çatıb. Ən populyar istirahət məkanı İstanbul (Türkiyə) olub - bütün sifarişlərin 8%-i.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, turistlərin 5 faizi oktyabr tətilini Bakıda keçirməyi seçiblər. Tiflis, Almatı, Phuket (Tailand) və Minsk sifarişlərin 3%-ni təşkil edib.
Rusiya mediası bildirir ki, bu istiqamətlərdən ən ucuz bilet Minskə, ən bahalısı isə Phuketədir.
Azərbaycana olan uçuşların qiyməti barədə məlumat verilməyib.