Tarix: 02.11.2024 / 13:38
Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı Sergey Vaynşteyn   mükafatı alıb

Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı Sergey Vaynşteyn mükafatı alıb

Rusiyada fəaliyyət göstərən STMEGI (Dağ Yəhudilərinin Mədəniyyəti və Ənənələrinin Qorunması Beynəlxalq Xeyriyyə Fondu) beynəlxalq Xeyriyyə Fondu Sergey Vaynşteyn mükafatının qaliblərinin adlarını açıqlayıb. 

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, builki qaliblər arasında Nyu-Yorkda yaşayan azərbaycanlı yazıçı Lyuba Yusufova da var.

L.Yusifovanın adı təkcə ABŞ-da deyil, dağ yəhudilərinin yaşadığı digər ölkələrdə də yaxşı tanınır. Azərbaycanın Qusar şəhərindən olan Lyuba xanım ictimai xadim, yazıçı, rus dili və ədəbiyyatı, eləcə də ivrit dili müəllimi, İsrail Yazıçılar Birliyinin üzvüdür.

O, Nyu-Yorkda dağ yəhudi icmasının lideri kimi ölkəmizi təbliğ edən bir sıra layihələr həyata keçirib, Azərbaycanla bağlı bir neçə kitabın müəllifidir.

Qeyd edək dağ yəhudisi olan mərhum filosof, ictimai xadim, professor Sergey Vaynşteynin adını daşıyan bu mükafat dağ yəhudiləri mədəniyyətinin inkişafındakı xidmətlərə görə verilir.


Şərhlər

Yaz...