ABŞ-də fəaliyyət göstərən “AGI Fine Art” agentliyinin Nyu Yorkda məhşur “Agora Gallery”də təşkil etdiyi rəsm sərgisində 50-ə qədər yerli və xarici rəssamın əsərləri nümayiş etdirilib. ABŞ-də yaşayan soydaşımız, gənc rəssam Nərmin Əzimzadənin müxtəlif janrlarda çəkdiyi rəsmlər də həmin sərgidə sənətsevərlərin böyük marağı ilə qarşılanıb.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Nərmin Əzimzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Türkiyənin Kocaeli Dövlət Universitetində rəssamlıq üzrə magistr təhsili alıb. Hazırda Virciniya ştatında yaşayır və peşəkar fəaliyyətini ABŞ-də davam etdirir.