Tarix: 16.07.2024 / 13:28
Nümayəndəliklərdə diaspora məsul ştatın olmasını...  - NTK sədri

Nümayəndəliklərdə diaspora məsul ştatın olmasını... - NTK sədri

“Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrində rəsmi olaraq diasporla məsul ştat vahidinin olmasını arzulayıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyi Nəzarət-Təftiş Komissiyasının sədri Dr. Rza Məmmədov deyib.

R.Məmmədov əlavə edib ki, siyasi məsələlərdə Xarici İşlər Nazirliyi məşğul olarkən, həmin ölkələrdə azərbaycanlı, Azərbaycana dost və qardaş ölkə vətəndaşları və ya nümayəndələrini insani faktor çərçivəsində bir araya gətirməyə çox köməyi dəyər:

“Postpandemiya dövründə qlobal arenada gedən ciddi dəyişiklik və siyasi krizislər dövründə buna çox ehtiyac olduğunu düşünürəm. Xarici ölkələrdəki nümayəndə əməkdaşları həmin ölkədə yaşayan azərbaycanlılara daha çox problemləri olduqda müraciət edəcəklər düşüncəsi ilə yanaşırlar. Diaspora nümayəndəsi bir yerə toplama, tanış etmə və birgə Azərbaycan Respublikasının təmsilçisi kimi xidmət edir”.

“Xarici ölkələrdəki diaspora nümayəndələrimiz (bir çoxu ora vətəndaşı və başqa sahələrdə öz əmək fəaliyyətləri var) azərbaycançılıq üçün daha effektiv fəaliyyət göstərə bilər. Ancaq diplomatik korpuslarla orada yaşayan azərbaycanlıların çox da yaxınlığı yoxdur. Bütün bunları nəzərə alaraq diaspora ilə diplomatik korpusların əlaqələrinin nisbətən zəif olduğunu qənaətindəyəm. Münasibətlərin daha sıx olması üçün diaspora tərəfindən ciddi addımlar atılır. Proses onu göstərir ki, ölkə başçımız Cənab İlham Əliyevin beynəlxalq əlaqələrə xüsusi yanaşması bu koordinasiyanın daha da güclənməsinə böyük təsir olacaq”, - deyə NTK sədr bildirib.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...