Rusiya Federasiyasının Novosibirsk şəhərində BMW markalı avtomobilin törətdiyi və yeddi avtomobilin əzildiyi avtoqəzanın araşdırılması günün əsas xəbəridir.
Diaspora.TV xəbər verir ki, ictimaiyyəti maraqlandıran əsas sual qəza zamanı maşını kimin idarə etməsidir.
Qeyd edək ki, hazırda avtomobilin sürücüsü haqqında məlumat yoxdur. Lakin maraqlıdır ki, regional media və teleqram kanalları sürücünün Azərbaycanla əlaqəsi ola biləcəyini araşdırır.
Azərbaycan diasporunun rəhbəri Rasim Babayevin sözlərinə görə, bu məsələ ilə bağlı heç kim onunla əlaqə saxlamayıb.
O, hesab edir ki, yollarda diqqətsiz sürücülərin probleminə diqqət yetirmək lazımdır. Onun sözlərini BFM-Novosibirsk yayıb.
R.Babayev qeyd edir ki, bu qəzanın şəxsən şahidi olub, çünki həmin an ailəsi ilə birlikdə yoldan keçirmiş.
“… və sonra öyrəndim ki, deyəsən orada azərbaycanlı var”, - Azərbaycan diasporunun lideri əlavə edib.