Tarix: 05.12.2024 / 13:30
Nobel Sülh Komitəsi həbsdə olan azərbaycanlıya görə bəyanat yaydı:    “Dərhal...”

Nobel Sülh Komitəsi həbsdə olan azərbaycanlıya görə bəyanat yaydı: “Dərhal...”

2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin tibbi məzuniyyətə buraxılmasından sonra Nobel Komitəsi bəyanat yayaraq İran hakimiyyət orqanlarından onu həmişəlik azad etməyi tələb edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Norveçin paytaxtı Osloda keçirilən mətbuat konfransı zamanı Nobel Sülh Komitəsinin rəhbəri Yürgen Vatten Friedens deyib.

"Biz İran hakimiyyətini Məhəmmədinin həbsinə həmişəlik son qoymağa və onun xəstəlikləri üçün adekvat müalicə almasını təmin etməyə çağırırıq",- deyə o bildirib.

Qeyd edək ki, N.Məhəmmədi bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.


Şərhlər

Yaz...