Tarix: 22.10.2024 / 14:40
Nobel mükafatçısı olan azərbaycanlıya əlavə həbs   cəzası verildi

Nobel mükafatçısı olan azərbaycanlıya əlavə həbs cəzası verildi

Evin zindanında saxlanılan siyasi məhbus , 2023-cü il Nobel Sülh Mükafatının qalibi və hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verilib.

Diaspora.TV xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri məlumat yayıblar.

Bildirilib ki, Tehranın Cinayət Məhkəməsi Məhəmmədini bir müddət əvvəl İran həbsxanalarında edam cəzalarına etiraz etdiyinə görə "hökumət məmuruna tabe olmamaq və qarşıdurma yaratmaq"da günahlandıraraq yenidən cəzalandırıb.

Qeyd edək ki, 2021-ci ildən həbsdə olan Nərgiz Məhəmmədi 13 il, 3 ay həbs, 154 şallaq zərbəsi, 4 ay küçə süpürmək və təmizləmək kimi cəzalara məhkum edilib.

Şərhlər

Yaz...