Tarix: 19.09.2024 / 17:30
 Nobel mükafatına layiq görülən azərbaycanlının həyatı    təhlükədədir

Nobel mükafatına layiq görülən azərbaycanlının həyatı təhlükədədir

Tehranın bədnam Evin zindanında saxlanılan siyasi məhbus , 2023-cü il Nobel Sülh mükafatının qalibi və hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin sentyabrın 17-də xəstəxanaya göndərilməsinə icazə verilməyib.

Diaspora.TV xəbər verir ki, Nərgiz Məhəmmədinin anjioqrafiya və ürək stendinin dəyişdirilməsi üçün vaxt təyin olunsa da, həbsxana rəhbərliyi onun xəstəxanaya göndərilməsinə mane olub.

Bildirilib ki, siyasi məhbusun səhhətinin pisləşməsinə, həkimin bununla bağlı həbsxana rəhbərliyinə məktub və göndəriş icazəsi yazmasına baxmayaraq, ikinci həftədir ki, Nərgiz Məhəmmədinin xəstəxanaya aparılmasının qarşısı alınır.

2021-ci ildən həbsdə olan Nərgiz Məhəmmədi 13 il üç ay həbs, 154 şallaq zərbəsi, dörd ay küçə süpürmək və təmizləmək kimi cəzalara məhkum edilib. /Azadİran

Şərhlər

Yaz...