Tarix: 19.11.2024 / 11:18
BMT-dən Nobel mükafatçısı olan    azərbaycanlıya kömək istənildi

BMT-dən Nobel mükafatçısı olan azərbaycanlıya kömək istənildi

Söz azadlığını və insan haqlarını müdafiə edən bir sıra təşkilatlar BMT-yə məktub göndərərək, güneyli siyasi məhbus, 2023-cü il Nobel Sülh Mükafatının qalibi və hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin təcili tibbi yardıma ehtiyacı olduğuna toxunublar.

Diaspora.TV xəbər verir ki, onlar BMT-ni Nərgiz Məhəmmədinin dərhal azadlığa buraxılması üçün müdaxilə etməyə çağırıblar.

Məlumata görə, bu tələb Cenevrədə İranda insan haqlarının vəziyyətini araşdırmaq üçün sözügedən şuranın dövri iclası ərəfəsində irəli sürülüb. Məktubda hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin həyatının 10 ilindən çoxunu həbsxanada keçirdiyi də vurğulanıb.

Şərhlər

Yaz...