Tarix: 28.10.2024 / 14:30
Nobel mükafatçısı olan azərbaycanlı    xəstəxanaya köçürüldü

Nobel mükafatçısı olan azərbaycanlı xəstəxanaya köçürüldü

Evin həbsxanasında saxlanılan insan haqları müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh mükafatını qazanan Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb.

Diaspora.TV xəbər verir ki, hüquq müdafiəçisinin Fransada mühacirətdə yaşayan həyat yoldaşı Tağı Rəhmaninin verdiyi məlumata görə, ürək xəstəliklərindən, süd vəzilərində şişdən və xroniki bel ağrılarından əziyyət çəkən Məhəmmədi, həkimlərin həbsxana rəhbərliyinə müraciətindən 9 həftə sonra xəstəxanaya köçürülüb.

İnsan haqları təşkilatlarının məlumatlarına görə, həbsxana rəhbərliyi azərbaycanlı məhbusun edamlara və siyasi məhbusların hüquqlarının pozulmasına qarşı etirazlarına görə, ona təzyiq vasitəsi kimi müalicədən məhrum edir.

Qeyd edək ki, 2021-ci ildən həbsdə olan Nərgiz Məhəmmədi 13 il, 3 ay həbs, 154 şallaq zərbəsi, 4 ay küçə süpürmək və təmizləmək kimi cəzalara məhkum edilib./GünAz.TV

Şərhlər

Yaz...