Tarix: 17.10.2024 / 15:01
Nika Şakərəminin anası da    həbs edildi

Nika Şakərəminin anası da həbs edildi

2022-ci ilin sentyabr ayında İranda keçirilən etiraz aksiyasında hökumət məmurlarının öldürdüyü 16 yaşlı yeniyetmə Nika Şakərəminin anası Nəsrin Şakərəmi həbs edilib.

Diaspora.TV GünAz.TV-yə istinadla xəbər verir ki, bu barədə ailənin başqa qızı Ayda Şakərəmi məlumat yayıb.

"Anam Xurrəabad şəhərində həbs edilib. Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilmir",- o özünün X hesabında yazıb.

Aydanın yazdığına görə, anasının sosial media hesabı ələ keçirilib və bağlanıb.

Ehtimal edilir ki, Nəsrin Şakərəminin həbs edilməsinə səbəb qızının öldürülməsi ilə bağlı davamlı paylaşımları və hakimiyyəti cavabdehliyə çağırmasıdır.

Qeyd edək ki, Nika Şakərəmi 2022-ci il sentyabrın 20-də gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.

Hökumət rəsmiləri, yeniyetmənin hündürlükdən yıxılaraq öldüyünü iddia etsələr də, insan haqları təşkilatları yeniyetmə qızın Evin həbsxanasının təcridxanasında işgəncə altında öldürüldüyünü bildiriblər.

Şərhlər

Yaz...