Niderlandda Azərbaycan Türk Kültür Dərnəyi 5 qrupda niderlandca dil kursları, həmçinin Türk və Azərbaycan dilləri üzrə də təlimlərin keçirilməsinə başlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib:
“Demək olar ki, inkişafı hədəfləyən hər bir cəmiyyət fərdi və sosial ehtiyaclara cavab verə bilmək, eləcə də öz qaydalarına və mədəni xüsusiyyətlərinə uyğun varlığını qoruyub saxlamaq məqsədi daşıyır. Təhsil, ümumilikdə fərdlərdə xüsusi məqsədlər üçün arzu olunan davranış formalarının yaradılması prosesi kimi müəyyən edilir. Bu mübahisəsiz faktdır ki, sosial alət olaraq təhsilin gözlənilən funksiyalarını yerinə yetirməsi üçün sosial mühit zəruridir. Başqa sözlə desək, “ancaq icma varsa, təhsil də var”.