Super.ru-nun müxbiri Rusiyada məşhurlan azərbaycanlı müğənni Nəvai Bəkirovun akustik konsertindən əvvəl onunla görüşüb.
Diaspora.TV xəbər verir ki, ifaçı ötən həftəsonu görüntülərinə heyran qaldığımız dostu və həmkarı HammAlinin toyu ilə bağlı təəssüratlarını bölüşüb.
Nəvai, HammAlinin seçimindən və yeni evlənənlərin Soçidə təşkil etdiyi ziyafətdən məmnun olduğunu söyləyib:
“Toy əla keçdi. Hamımız bundan çox həzz aldıq. Üç gün əyləndik. Xoşbəxt olsun gənclər, qardaşımı etibarlı əllərə buraxdım. Şadam”.