Tarix: 27 İyul 2024 09:16 | Baxış sayı: 261

Nə ediriksə, öz hesabımıza edirik

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Niderlandda yaşayan soydaşımız, Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva olub.

L.Babayeva müsahibədə Niderlandda fəaliyyət göstərən Azərbaycan diasporunun bu günü və Beniluks Azərbaycanlıları Konqresinin həyata keçirdiyi tədbirlərdən danışıb.

Onun sözlərinə görə, heç bir qurumdan dəstək almadan Azərbaycanın tanıdılması naminə işlər görülür:

“Diaspor fəaliyyəti könül işidir. Bu səbəbdən nə ediriksə, öz hesabımıza edirik. Əlbəttə ki, əsas çətinliyimiz maliyyənin olmamasıdır. Bir şəhərdən digər şəhərə məsafə çoxdur və Avropa ölkələri bahalı olur. Elə soydaşlarımız var ki, tədbirlərə bir neçə dəfə getdikdən sonra növbəti dəfə getmək istəmir”.

L.Babayeva qeyd edib ki, Niderlandda diaspor təşkilatları arasında birlik var:

“Ən çox birlik elə Niderlanddadır. Həmvətənlərimizlə birgə Azərbaycanın mədəniyyətini tanıdır, əlamətdar günlərini qeyd edirik”.

Sentaybdan yenidən aktiv fəaliyyətə başlayacaqlarını bildirən baş məsləhətçinin təkcə özü deyil, hətta ailəsi də Azərbaycan naminə tədbirlərdə yaxından iştirak edirlər:

“Mənim anam müəllimdir, atam da tarda ifa edir. Düzdür, böyük səhnələrdə, zalları doldurub konsertlər vermir. Ancaq onu burada yaxşı tanıyırlar, milli musiqimizi yaşadır. Bir sözlə, ailəmizlə birgə vətənimizin tanıdılması üçün çalışırıq”.

“Azərbaycan deyendə elə bilirlər ki, biz müsəlman ölkəsiyik, xanımlarımız hamısı hicablıdır. Mənə sual verirlər ki, niyə hicablı deyilsən, axı sən müsəlmansan. Zamanla hər kəsə başa saldım ki, bizim ölkəmiz elə deyil, Azərbyacan inkişaf etmiş, haqq səsini dünyaya çatdıran ölkədir”, - deyə L.Babayeva bildirib.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır