“İran ərazisində və Araz çayının cənub hissəsində dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla müqavilə bağlamışıq. Azərbaycan hökuməti bildirib ki, bu layihə onların vəsaiti hesabına tikiləcək”.
Diaspora.TV xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Cabbarəli Zakeri bildirib.
O qeyd edib ki, müqavilələrin dərhal həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpü inşa edir.
“Azərbaycanla əldə olunan razılaşmaların ikinci hissəsinə İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir. Naxçıvandan açıq sulara daşınan yüklərin dəmir yolu ilə Bakıya çatdırılmasına da ehtiyacı var. Təbii ki, yüklər Azərbaycan Astarasından İran Astarasına daşınacaq. Bu da Şimal-Cənub dəhlizinin gücləndirilməsinə öz töhfəsini verəcək ”, - deyə Zakeri vurğulayıb.