Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə uğur qazanan azərbaycanlılar var.
Diaspora.TV “Azərbaycanlılar dünyada” rubrikasında NASA-da çalışan Atilla Əsgərovu oxuculara təqdim edir.
Atilla Əsgərov 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 saylı orta məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetində təhsil alıb. Virciniya Universitetində təhsilini davam etdirib. Corc Meyson universitetində isə magistr təhsili alıb.
A.Əsgərov NASA-da (National Aeronautics and Space Administration - Milli Aeronavtika və Kosmos İdarəsi) mühəndis (ASİC Engineer-Application Specific İntegrated Circuit) vəzifəsində çalışır.
Atilla iki milyard dollar qiymətində teleskopun mühəndisidir. Bu teleskopun məqsədi başqa qalaktikaların kəşfi, insanın yaşaya biləcəyi digər planetlərin aşkarlanmasıdır.
Qeyd edək ki, Atilla Əsgər tanınmış türkoloq alim, Bakı Dövlət Universitetində (BDU) Türkologiya Kafedrasının müdiri, “Şöhrət” ordenli professor Ramiz Əsgərin oğludur.