Tarix: 24.04.2024 / 09:48
Naqisliklərə yol vermiş adamlara meydan verilir -  Kanadadakı diaspor fəalı

Naqisliklərə yol vermiş adamlara meydan verilir - Kanadadakı diaspor fəalı

“Əvvəlki illərə nisbətən fəaliyyətimiz və siyasi dairələrlə təmasımız artıb. Keyfiyyəti qaldırmalıyıq, amma buradakı diasporamızın fəaliyyəti Azərbaycandan asılıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Kanadanın Toronto şəhərində yaşayan Azərbaycanın diaspor fəalı Aqil Quluzadə deyib.

“Bizim burada savadlı və ağıllı insanlarımız var, dünyagörüşlü yeni nəsil yetişir, lakin bəzən diaspora fəaliyyətinə təsadüfi, rəndələnməmiş, keçmişdə ictimai, eləcə də şəxsi fikir və görüşlərində naqisliklərə yol vermiş adamlara meydan verilir. Onlar üçün diaspor xətti ilə səfərlər təşkil edilir və s. Bunları da hamı görür və nəzərə alır”.

Müsahibimiz qeyd etdi ki, ermənilər tərəfindən qondarma "soyqırımı" günü ilə bağlı kilsə, mədəni mərkəzlərdə tədbirlərin keçirilməsi istisna olunmur. Burada onların təsirləri var, amma yerli insanlarla bizim keyfiyyətli insanlarımız ictimaiyyətdə, biznesdə və məişətdə işlədikdə nəticələr çox gözəl olur:

“Bizi heç bir təhlükə gözləmir. Hətta bir şeyi də xüsusi qeyd edim ki, bir və ya bir neçə erməni ilə burada böyük bir kollektivdə işlədiyimiz zamanlar da olub. Biz onlara yüksək davranışımızı, biliyimizi, keyfiyyətimizi, mədəniyyətimizi, səmimiyyətimizi göstərəndə fikirləri tam müsbət tərəfə dəyişir. Ermənilərin bizim haqqımızda yeritmək istədikləri fikirlər tam dəyişir. Bunu da təbii qarşılamaq lazımdır. Çünki Kanada cəmiyyəti bizi yeni tanımağa başlayır, ermənilər isə bizdən əvvəl burada fəaliyyətdə olublar”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...