Tarix: 26.10.2024 / 14:48
Müxalif lider azərbaycanlını döyənlərin həbs edilməsini    tələb edir

Müxalif lider azərbaycanlını döyənlərin həbs edilməsini tələb edir

"Marneulidə baş verənlər tam bir fəlakətdir. Şevardnadze dövründən sonra, belə bir şey Gürcüstanda baş verməmişdi və mən Giorgi Kalandarişi belə "uğurla" seçkilərin keçirilməsi münasibətilə təbrik edirəm".

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri "Birlik - Milli Hərəkat" partiyasının liderlərindən biri Tamar Kordzaya keçirdiyi brifinqdə deyib.

O, Daxili İşlər Nazirliyini "Birlik - Milli Hərəkat" Partiyasının üzvü Azad Karimov üzərində fiziki zorakılıq edən şəxsləri həbs etməyə çağırıb.

"Şəxsən MSK sədri Giorgi Kalandarişi, Gürcüstanda seçki məntəqələrində baş verən pozuntulara görə məsuliyyət daşıyacaq. İlk növbədə, Marneulidə baş verənlərin tam bir fəlakət olduğunu vurğulamaq istəyirəm. Daxili İşlər Nazirliyinə yenidən müraciət edirəm, partiyamızın üzvü Azad Karimovun döyülməsi ilə bağlı dərhal zorakılıq edənləri həbs etsinlər" , - deyə Kordzaya bildirib.


Şərhlər

Yaz...