Tarix: 22.09.2024 / 17:00
Fond “Krokus Siti Holl” qurbanlarına    140 milyon yardım edəcək

Fond “Krokus Siti Holl” qurbanlarına 140 milyon yardım edəcək

Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Krokus Siti Holl”da baş vermiş terror aktı nəticəsində zərərçəkənlərə yardım üçün vəsaitin toplanması və paylanması proqramını başa çatdırıb. Zərərçəkənlərə ödənişlər 23 sentyabr 2024-cü ildə başlayacaq. 

Diaspora.TV xəbər verir ki, bu barədə fonddan məlumat verilib.

Sentyabrın 20-də “Krokus Siti”də 22.03.24-cü il tarixdə baş vermiş terror aktı qurbanlarına yardım proqramı çərçivəsində hüquqi və fiziki şəxslərdən alınmış xeyriyyə yardımlarının qəbulu, bölüşdürülməsi və verilməsi üzrə Komissiyanın yekun iclası keçirilib. Ümumilikdə komissiya 341 müraciətə baxıb və 12 kateqoriyadan olan zərərçəkmişləri müəyyən edib. Hazırda yığılan bütün vəsaitlər müraciət etmiş və bütün lazımi sənədlərin siyahısını təqdim etmiş vətəndaşlar arasında bölüşdürülür.

Proqram ilk növbədə valideynlərindən biri və ya hər ikisi vəfat etmiş kimsəsiz uşaqlara, vəfat etmiş şəxslərin təqaüddə olan valideynlərinə, habelə sağlamlıq imkanları ağır məhdud olan və əlavə tibbi yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslərə yardım etmək məqsədi daşıyır.

Martın 22-də baş verən faciəli hadisədən sonra bir çox şirkət tərəfdaşları, ailə dostları və konsert zalının səhnəsində çıxış edən sənətçilər maddi töhfə vermək arzusunda olduqlarını bildiriblər.

Ümumi məbləği 100 milyon rubl olan ilk ianələri “Crocus Group”un prezidenti Araz Ağalarov və onun oğlu “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov edib.

Proqramın fəaliyyəti dövründə Fonda 140 milyon rubldan çox vəsait daxil olub. Bunlardan 76 milyondan çoxu 25 hüquqi şəxs, 63 milyondan çoxu isə fiziki şəxslərdirin payına düşür.

Qurbanlar və onların yaxınlarından Fonda 300-dən çox müraciət daxil olub. Hər bir müraciətə yazılı cavab verilib və ərizənin qəbulu göstərilməklə ərizə formasında göstərilən elektron ünvana göndərilib.

Ərizə forması və hər iki vəsaitin toplanması üçün son tarixlər və ərizələrin özləri Fondun internet səhifəsində və teleqram kanalında, həmçinin Crocus City Hall sosial şəbəkələrində dərc olunub.

Toplanan və paylanan bütün vəsaitlər barədə hesabat Müslüm Maqomayev Fondunun saytında dərc olunacaq.

Şərhlər

Yaz...