“İki ildir “Natavan” həftəsonu məktəbi yaratmışıq. Sentyabrn ortalarından isə “Natavan” məktəbi yenidən fəaliyyətə başlayacaq”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Aytən Muradova bildirib.
A.Muradovanın sözlərinə görə, hətta sentyabrdan etibarən Azərbaycan musiqisinin təbliği istiqamətində də çalışmalar başladacaq:
“Avey” qrupu ilə bir sıra konsertlər həyata keçirmək istəyirik. Bunlarla yanaşı da M.Rəsulzadənin ildönümü ilə bağlı və Naxçıvanla əlaqədar tədbir etmək planımız var”.
Qeyd edək ki, “Avey” Qazaxda yerləşən dağ adıdır. Hətta qrupun təsvirində də həmin dağın görüntüsü əks olunub. A.Muradova Ağarahim Quliyev və Eldəniz Ələkbərzadənin iştirak etdiyi qrupa dəstək verir.
Xəyalə Zöhrab
Diaspora.TV