Tarix: 02.09.2024 / 17:08
Müsəlmanlar İsveçi tərk etməlidirlər?    – Diaspora sədrindən AÇIQLAMA

Müsəlmanlar İsveçi tərk etməlidirlər? – Diaspora sədrindən AÇIQLAMA

İsveç Baş nazirinin müavini, Energetika, biznes və sənaye naziri Ebba Buş ölkəsində yaşayan müsəlmanları hiddətləndirəcək açıqlama ilə çıxış edib. Xanım Buş qeyd edib ki, əgər şəriətin yaxşı bir şey olduğunu düşünürsünüzsə, İsveçə gəlməməlisiniz, İslam İsveç mədəniyyətinə uyğunlaşmalıdır, bunu edə bilməyən müsəlmanlar İsveçi tərk etməlidirlər.

Diaspora.TV Ebba Buşun məlum açıqlamasının İsveçdə yaşayan müsəlmanlar tərəfindən necə qarşılandığını öyrənmək üçün İsveç Azərbaycanlılar Konqresinin sədri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyevlə əlaqə saxlayıb.

E.Mirzəyev Diaspora.TV-yə bildirib ki, Ebba Buşun məlum açıqlaması İsveçdə yaşayan müsəlmanlar arasında ciddi müzakirə mövzusuna çevrilib:

“Əlbəttə ki, bu məsələ təkcə müsəlmanlar deyil, müxtəlif partiyalar tərəfindən də müzakirə olunur. Hazırda müsəlmanların geri – ölkələrinə dönüşü üçün proqram üzərində işləyirlər. Bəzi partiyalar bu təklifin əleyhinədirlər. Amma ümumilikdə mövzu ətrafında ciddi müzakirələr gedir”.


Şərhlər

Alex

Döymeseydiler muselmanlarin taxta qapisini. muselmanlarda döymeyecekdi Ebba Busun vä avropanin dämir qapisini.”Arab Bahari” Qärbä,”covgunlu Qis”gätiräcäk. Satdiqlari silahlar,axitdiqlari nahaq qanlar yerdä qalmayacaq Ebba Bus xanim uzurlu saysin

03.09.2024 / 11:43

Yaz...